Friday, March 16, 2012

Asimmetrik İnformasiya- Akerlofun Avtomobil Bazarı Modeli

Asimmetrik informasiya (Aİ), yəni iqtisadi sövdələşmələrdə hər iki tərəfin eyni səviyyədə informasiyaya malik olmaması, müqavilə nəzəriyyələrində geniş analiz olunur. Satılan əmtənin keyfiyyəti haqqında alıcının satıcı ilə müqayisədə bərabər məlumatının  olmaması (əsasən malın keyfiyyəti əslində aşağı olduqda) informasiya asimmetriyasi törədir. Asimmetrik informasiya yanlış seçim (adverse selection), mənəvi xətər (moral hazard) və informasiya monopoliyası kimi neqativ hallara səbəb olur ki, bu da özlüyündə bazar mexanizminin lazımı şəkildə çalışmamasına səbəb olur.
2001-ci ildə mövzuya töhvəsinə görə Nobel almış Akerlofun, avtomobil bazarı modeli (söhbət işlənmiş avtomobillər bazarından gedir) buna çox gözəl bir nümunədir.
Tutaq ki, avtomobil bazarındakı avtomobilləri 2 qrupa bölmək olar: Limonlar (Lemons-Amerika məişət dilində alınandan sonra keyfiyyətsiz olduğu məlum olan avtomobilə deyilir) və gilaslar (Cherries-yaxşı keyfiyyətli avtomobil). Avtomobil alarkən bəzi keyfiyyət göstəricilərini, məsələn əvvəlki sahibin avtomobili nece idarə etməsi, hissələrin keyfiyyəti, qəza tarixcəsi kimi halları müəyyənləşdirmək olduqca çətindir.
Deyək ki, q istifadə olunmuş avtomobilin keyfiyyətidir və (0,1) aralığında dəyişir. Ona görə də bazara çıxarılan işlənmiş avtomobillərin orta keyfiyyəti 1/2 dir. Bazarda q keyfiyyətli avtomobillərə 2/3q qiymətini verməyə hazır olan çoxlu sayda alıcı var. Eyni zamanda bazarda öz q keyfiyyətli avtomobillərini q qiymətinə satmaq istəyən kifayət qədər çoxlu sayda satıcı da var. Əgər asimmetrik infiormasiya problemi olmasa idi avtomobillər (2\3q,q) aralığındakı hər hansı bir sövdələşmə qiymətinə satılacaqdı və hər kəs razı qalacaqdı. Amma Aİ olduğuna görə alıcılar bazardakı orta keyfiyyətə görə avtomobil haqqında müəyyən qənaətə gəlməli olurlar.  Və ona görə də orta keyfiyyətin -  qorta olduğu bazarda alıcılar avtomobillərə 2\3qorta  verməyə hazırdılar.  Tutaq ki, bazarda tarazlıq qiyməti p dir. Bu qiymətdə, avtomobillərinin keyfiyyəti p-dən aşağı olan satıcılar bazara avtomobillərini çıxarıb satmaq istəyəcəklər. Ona görə də bazardakı avtomobillərin orta keyfiyyət qiyməti p\2 olacaq. Təbii ki, hər bir alıcı max tələb olunan qiymətin 2\3 verməyə hazır olduğu üçün alıcılar max (2\3)(1\2)p =3\4p verəcəklər. Və nəticədə heç bir avtomobil satılmayacaq. Çünki 3\4p < p.

Modeli bele xülasə etmək olar:
Ai olduğu üçün keyfiyyətsiz avtomobil sahibləri avtomobillərini bazara çıxardıb yaxşı keyfiyyətli  avtomobil  kimi göstərərək satmağa çalışacaqlar və alıcılar da bunu bildiyindən bazardakı orta keyfiyyəti nəzərə alacaqlar. Nəticədə bazardakı orta keyfiyyətdən artıq keyfiyyətə malik  avtomobil  bazardan sıxışdırılıb çıxarılacaq və bazarda yalnız orta və ondan aşağı keyfiyyətli  avtomobil  qalacaq.
Bele çıxır ki, yaxşı keyfiyyətli  avtomobil  sahibləri heç vaxt  avtomobillərini  işlənmiş  avtomobil  bazarına çıxarmayacaqlar və əgər siz işlənmiş  avtomobil  bazarından  avtomobil  almaq istəyirsinizsə sizi orta və aşağı keyfiyyətli avtomobillər gözləyir.

0 comments:

Post a Comment