Tuesday, March 13, 2012

Hələlik Kafi Möhkəmlənmə


“THE Financial Times” xəbər verir ki,  Çin Mərkəzi Bankı məzənnə möhkəmlənməsinin sona yetəcəyinə işarə edir. Çin Mərkəzi Bankının yüksək çinli nümayəndələri bazarertəsi bildiriblər ki, Çinin Fevraldakı nəhəng ticarət kəsiri 6 il tədrici möhkəmlənmədən sonra remnibinin dəyərinin tarazlığa yaxın olduğunu göstərdi. “Bu ticarət kəsiri onu göstərir ki, remnibi öz tarazlıq dəyərinə çox yaxındır” deyə Çin rəsmisi bəyan edib. Son aylarda bəzi istisnalar olmaqla Çin ticarət defisiti yaşayır, baxmayaraq ki, 2011-ci ildə tamamilə müsbət ticarət saldosu müşahidə olunmuşdur. Artan mal idxalı ticarət profisitinə töhvə versə də yüksələn əmək haqqı xərcləri bu effekti neytrallaşdırır. Artıq mütəxəssislər ucuz Çin məhfumunun arxada qala biləcəyini qeyd edirlər, çunki təkcə Tayvandakı Apple iPad istehsalçıları keçən ay ərzində maaşları 16-25% aralığında artırmağa məcbur olmuşlar.

Danılmaz həqiqətdir ki, Çin iqtisadiyyatı artıq çox uğurlu bir şəkildə balanslanşdırılıb. Lakin hələ də qabaqda maliyyə sisteminin sərbəstləşdirilməsi, investisiyanın azaldılması və innovativ iqtisadiyyata keçilməsi kimi həlli vacib məsələlər dayanır.
Ətraflı oxu (İngilis dilində)  

0 comments:

Post a Comment