Friday, June 27, 2014

Tam informasiya şəraitində statik oyunlar

Bu yazıdan başlayaraq Oyun Nəzəriyyəsini sadədən mürəkkəbə qədər öyrənməyə çalışacağıq. İlk məqaləmizdə Statik oyunları tam informasiya şəraitində analiz etməyə çalışaq.

Statik oyunlarda rəqiblər eyni anda qərar qəbul edirlər. Əgər oyunçuların hər biri digərinin mümkün qazanc matriksi haqqında tam məlumatı varsa belə oyunlar tam informasiyalı oyunlar adlanır. Bu tip oyunların ən məşhuru "məhkum dilemması" oyunudur.

Məhbus Dilemması

İki şübhəli cinayət ittihamı ilə həbs edilir. Polisin onların əleyhinə kifayət qədər dəlili yoxdur. Amma məhkumlardan ən az birinin etiraf etməsi hər şeyi dəyişə bilər. Polis şübhəliləri ayrı kameralarda yerləşdirir və onlara yuxarıdakı mümkün ehtimalları izah edir. Əgər 2 məhkumun hər biri susarsa polis onları mövcud sübutlarla ancaq 1 il həbsdə saxlayacaq. Amma əgər 2-si də etiraf edərsə onda polis onları 6 il həbsdə saxlayacaq. Yox əgər bir susarsa və digəri etiraf edərsə onda susan 9 il həbsdə qalacaq, etiraf edən isə dərhal azadlığa çıxacaq.  Məhkumlar belə bir şəraitdə hansı strategiyanı izləyəcək?

  • Məkhumlar bir-birindən xəbərsiz və eyni anda qərar verməlidirlər-Statik Oyun
  • Mümkün nəticələr hər 2 məhkum tərəfindən bilinir-Tam informasiya

Gəlin yuxarıdakı suala Oyun Nəzəriyyəsinin ən fundamental alətlərindən olan Dominantlıq edilən Strategiyaların İterativ İxtisarı ( DSİİ) ilə cavab tapaq. 

Əvvəlcə müəyyən edək ki oyunçular hansı strategiyalara və mümkün nəticələrə malikdirlər. 

  • Hər bir oyunçu 2 strategiyaya malikdir: "Sus" vəya "Dostunu Sat"
  • Oyunda 4 mümkün nəticə var: MM (hər 2-si susur), MF(1-ci məhkum susur, 2-ci satır), FM(1-ci məhkum satır, 2-ci susur),, FF(hər 2-si satır)

1-ci oyunçu susarsa 2-ci ya susacaq vəya satacaq. 2ci oyunçu sussa 1ci üçün satmaq daha əlverişlidir çunki bu halda o susanda qazanacağı 1 illik həbsdənsə satanda qazanacağı 0 illik həbsi üstün tutur. 2ci oyunçu satsa yenə bu halda 1ci oyunçu satsa yaxşıdır, çünki bu halda sussa 9 il həbsdə qalacaq satsa isə 6 il. Beləliklə 1ci oyunçu üçün hər 2 halda satmaq susmağa dominantlıq edir. Və biz dominantlıq edilən strategiyanı yəni susmağı ixtisar edirik. Eyni məntiqi mühakimə ilə biz 2ci oyunçu üçün də satmağın daha əlverişli olduğunu müəyyən edə bilərik. Nəticədə hər 2 məhkum yoldaşını satır və hər 2si 6 il həbsdə qalır. 

0 comments:

Post a Comment